Qazaxstan prezidenti Nursuıtan Nazarbayevin Azərbaycana və Ermənistana səfərləri ilə bağlı korrektələr olub.
Gununsesi.info “zakon.kz”-yə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Aydos Ukibay bildirib.
Qazaxstan prezidentinin səhhəti ilə bağlı jurnalistlərə açıqlama verən mətbuat katibi deyib ki, dövlət başçısının soyuqdəymə ilə bağlı müalicəsi davam edir. “Ümumilkdə səhhətində narahatçılıq yaradan problem yoxdur”- deyə, mətbuat katibi vurğulayıb.
Prezidentin iş qrafikinə, eyni zamanda, Azərbaycan və Ermənistana səfərlərinə aydınlıq gətirən mətbuat katibi bildirib ki, bununla bağlı müəyyən korrektələr edilib: “Belə ki, həftənin sonunadək prezidentin hər hansı beynəlxalq tədbirlərdə iştirakı nəzərdə tutulmur. İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında isə baş nazir iştirak edəcək”.
Gununsesi.info