

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin oktyabrın 12-nə Azərbaycana nəzərdə gözlənilən səfəri təxirə salındı.
Bu barədə Gununsesi.info-ya diplomatik mənbələrdən bildirlib. Diplomatik mənbə bildirib ki, hələ də səfər proqramı üzərində iş gedir və bütün hazırlıq işləri görülüb. “Ancaq hər şey asılıdır Nursultan Abişeviçin səhhətindən. Qazaxstan prezidenti Nursuıtan Nazarbayev özünü normal hesab edərsə və səfərdə hər hansı problem görməsə, o zaman Bakıya səfər reallaşacaq. Əgər səhhətində problemlər qalmış olarsa, o zaman səfər təxirə düşəcək və başqa münasibı bir vaxtda reallaşcaq”- deyə, diplomatik mənbə bildirdi.
Mənbə onu da əlavə etdi ki, Nazarbayevin son günlərdə səfər proqramı gərgindir. “Çünki Nazarbayev Azərbaycan səfərindən dərhal sonra İrəvana səfər etməlidir. Əgər Nazarbayevin Bakıya səfəri təxirə salınacaqsa, o zaman İrəvan səfəri də iptal olunacaq”- deyə, o vurğlayıb.
Məsələ ilə bağlı Qazaxstanın Azərbaycandakı səfirliyinə müraciət etsək də, bildirildi ki, məsələ ilə bağlı konkret fikir günün ikinci yarısında bəlli olacaq. Günün ikinci yarsında səfirliklə əlaqə saxlamaq cəhdimiz alınmadı. Zənglərə cavab verilmədi.
Qeyd edək ki, bu gün Qazaxstan prezident Administarsiyasının verdiyi məlumata görə, prezident Nursultan Nazarbayev soyuqdəymədən müalicə olunur.
Gununsesi.info