Nazarbayevin kiçik qardaşı vəfat edib

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin kiçik qardaşı, iri biznesmen Bolat Nazarbayev uzun sürən xəstəlikdən sonra 71 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə ratel.kz informasiya-analitik portalı məlumat yayıb.

Məlumata görə, Bolat Nazarbayev bu gün səhər dünyasını dəyişib.

Noyabrın əvvəllərində Bolat Nazarbayevin Almatı Mərkəzi Klinik Xəstəxanasına yerləşdirildiyi məlum olub. Bəzi KİV-in məlumatına görə, o, ikinci dəfə infarkt keçirərək xəstəxanaya yerləşdirilib.

Bolat Nazarbayev 1953-cü ildə anadan olub. O, “BN Invest” holdinqinə rəhbərlik edib, eyni zamanda “Salikalı Urpak” (“Soylu nəsil”) ictimai fondunun təsisçisi olub.

Gununsesi.info