Nazarbayevin qızı hakim partiyanın üzvlüyündən çıxdı

  • By admin
  • 28 Yanvar 2022 15:11

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva ölkənin hakim “Nur Otan” partiyasının Siyasi Şurasının yeni tərkibinə daxil olmayıb.

Gununsesi.info “TASS”a istinadən xəbər verir ki, onun adı qurumun bu gün paylaşılan üzvləri siyahısında yer almayıb.

Partiya sədrinin birinci müavini Baurcan Baybek və respublikanın keçmiş Baş naziri Əsgər Mamin də şuranın yeni üzvləri sırasında yer almayıblar.

Qeyd edək ki, “Nur Otan”ın bu gün keçirilən 21-ci növbədənkənar qurultayında Prezident Kasım-Jomart Tokayev partiyanın sədri seçilib.

 

Gununsesi.info