Nazarbayevin qızı ölkədən 300 milyon dollar çıxarıb

  • By admin
  • 12 Yanvar 2022 23:08

Böyük Britaniyanın “The Telegraph” nəşri yazır ki, Aliya Nazarbayeva Qazaxıstandan 300 milyon dollardan çox vəsaitin çıxarıb.

“The Telegraph” bildirir ki, Aliya Nazarbayeva şəxsi təyyarə və elit daşınmaz əmlak da daxil olmaqla xarici aktivlərə sahibdir. Nazarbayevanın satınalmalarına 25 milyon dollarlıq şəxsi təyyarə və Londonun Highgate ərazisində 8,75 milyon funt-sterlinqlik ev də daxildir.

Aliya Nazarbayeva hələ 2006-cı ildə bir biznesdə öz payını satması qarşılığında 325 milyon dollar əldə edib. O, bu məbləğin 312 milyonunu ölkədən çıxarıb. O, bu pulları Lixtenşteyndə yaratdığı fonda köçürüb.

Gununsesi.info