Nazarbayevin qızının istefası təsdiqləndi

  • By admin
  • 02 Mart 2022 09:53

Qazaxıstan parlamentinin Məclisi (aşağı palatası) plenar iclasda ölkənin eks-prezidentinin böyük qızı Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinin istefasını təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Fevralın 25-də respublikanın Mərkəzi Seçki Komissiyası Nazarbayevanın müraciəti əsasında onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı təklifi Milli Məclisə təqdim etmək qərarına gəlib.

Eks-prezidentin qızı koronavirusa yoluxmasından sonra reabilitasiya ilə əlaqədar yanvarın əvvəlindən palatanın iclaslarında iştirak etməyib. Fevralın sonunda o, mətbuatda bəyanat yayaraq, Məclisin deputatı vəzifəsindən istefa vermək, bütün diqqətini sosial, humanitar, mədəni və xeyriyyəçilik fəaliyyətlərinə yönəltmək qərarını açıqlayıb.

 

 

Gununsesi.info