Nazarbayevin şərlədiyi məşhur şair 15 il sonra azadlıqda

  • By admin
  • 11 Oktyabr 2021 21:40

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sifarişi ilə saxta ittihamla şərlənən məşhur şair Aron Atabek 15 il həbs cəzasından sonra azadlığa çıxıb.

Gununsesi.info-nun xəbəronə görə, 18 il həbsdə qalan şair indiyədək özünə azadlıq istəməyib.

Azadlıq radiosuna müsahibəsində sağlamlığında ciddi problem yaranan Atabek deyib ki, tam reabilitasiyaya ehtiyacı var:

”Vicdanlı adımın tam bərpası. Mən bir qazax samurayıyam, vəzifəm sona qədər mübarizə aparmaqdır”.

Qeyd edək ki, 2006 -cı ildə Qazaxıstan şairi Aron Atabek qanunsuz ərazilərdə evləri tikilmiş insanları qoruduğu üçün 18 il həbs cəzasına məhkum edilmişdi.

Gununsesi.info