Nazilədən Fatiməyə cavab: -"Səni ələ salırlar"

“Həyatımızda elə insanlar var ki, onları tanımağıma peşmanam”.

 Gununsesi.info xəbər verir ki, bu sözləri Rəqqasə Fatimə Fətəliyeva “Səhər mərkəzi” verilişinə müsahibəsində deyib. O, hazırda məhkəməlik olduğu şairə Nazilə Səfərlini də tanımağa peşman olduğunu bildirib:

“Kaş ki, o insanları tanımazdım. Şou-biznesdə o qədər elələri var ki… Bu gün işim haradadır? Məhkəmədə! Nazilə Səfərlini tanımağıma peşmanam”.

Şair Nazilə Səfərli isə Fatimə Fətəliyevaya cavab olaraq sosial şəbəkədə bunları yazıb:

“Nazilə Səfərlini tanımağa peşmanam demək əvəzinə, darda qalanda məni vəziyyətdən çıxarana, nə az nə çox 4 dəfə pislik etdiyim, səbrini daşırdığım, öz adımı ona qoymağa çalışdığım insanı məhkəmə həddinə çatdırdığıma peşmanam de, canın qurtarsın. Vəkili neçəyə tutmusan? Kimə danışmısansa, gəlib səni ələ salırlar, yazıq”.

 

 

Şəbnəm

Gununsesi.info