Nazim Bəydəmirli barədə qərar dəyişmədi

Keçmiş deputat Nazim Bəydəmirli barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.

Gununsesi.info xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, şikayət əsassız sayılaraq rədd edilib.

Xatırladaq ki, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.
Eks-deputat Cinayət Məcəlləsinin 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

 

Gununsesi.info