
Hazırda həbsdə olan Gədəbəy Rayonunun sabiq deputatı Nazim Bəydəmirli aclığa başlayıb.
Bu barədə Gununsesi.info-ya Bəydəmirlinin yaxınları deyib. Sabiq deputatın vəkili Aqil Layic də saytımıza açıqlamasında belə bir informasiya əldə etdiyini deyib:
“Mənə daxil olan məlumata görə Nazim Bəydəmirli əsassız və qondarma həbsinə görə aclıq aksiyasına başlayıb. Sonuncu dəfə keçən həftə görüşmüşəm, məlumatı şəxsən özündən dəqiqləşdirmək imkanım olmayıb. Amma sonuncu dəfə müstəntiqin yanında demişdi ki, sentyabr ayının 4-də aclıq elan edəcəm. Yenə qeyd edirəm özü ilə bu həftə görüşəndə dəqiqləşdirmə apacam. Amma mənə belə bir məlumat daxil oldu”.
Qeyd edək ki, Nazim Bəydəmirli Söyüdlü hadisələrində ekoloji fəlakətə etiraz edən insanlara dəstək bəyanatları verib. Bundan sonra o, özünün şikayətçi olduğu iş üzrə həbs edilib.
Elmar
Gununsesi.info