Nazim Bəydəmirli Prezidentə müraciət hazırlaylb - İSTİNTAQ APARILMIR, AMMA HƏBSDƏYƏM

  • By admin
  • 02 Fevral 2024 13:00

 8 aydır ki, həbsdə olan sabiq deputat, iş adamı Nazim Bəydəmirli  barəsində seçilmiş həbs-qətimkan tədbiri Nərimanov Rayon Məhkəməsi tərəfindən daha 2 ay uzadılıb.

Gununsesi.info-ya açıqlamasında sabiq deputatın həyat yoldaşı Fəridə Bəydəmirli bildirib ki, Nazim Bəydəmirli Nərimanov Məhkəməsinin bu qərarına ciddi etiraz edib: “8 ay ərzində heç bir istintaq hərəkəti aparılmayıb. Çünki, ortada hər hansı bir cinayət yoxdur. Ona görə də həbs müddətini uzadırlar. Bizə bildirdi ki,Prezidentə müraciət hazırlayıb. Müraciətində qeyd edib ki, istintaq aparılmır, amma həbsdə saxlanılır”.   

Qeyd edək ki, özünü ekologiya məhbusu elan edən Nazim Bəydəmirli Gədəbəyin Söyüdlü kəndində baş verən etirazlardan sonra özünün şikayətçi olduğu iş üzrə həbs edilib.

Sabiq deputat kənddəki ekoloji fəlakətə etiraz edən sakinlərin tələblərini dəstəklədiyi üçün həbs edildiyini bildirir.

 

 

Elmar

Gununsesi.info