Nazim Bəydəmirli: “Rasim Məmmədovu elədiklərinə görə tutmayıblar” - ÖZ AĞILSIZLIĞININ GİROVLUĞUNDADIR

  • By admin
  • 10 Oktyabr 2022 23:57

Vaxtilə “Baku Steel Company”nin rəhbəri Rasim Məmmədovun ədalətsizliyinin qurbanı olmuş iş adamı Nazim Məmmədov onun son məhkəmə çıxışını şərh edib.

Qeyd edək ki, Rasim Məmmədov məhkəməsində “Adamı şərləmək kişi işi deyil” deyə bildirib.

Gununsesi.info-nun xəbərinə görə, həbsdəki iş adamını riyakarlıqda ittiham edən Nazim Məmmədov bunları deyib:

Mən tam əminəm, ona görə Azərbaycan ictimaiyyəti də əmin olsun ki, “Baku steel” ləqəbli Rasim Məmmədovu elədiklərinə görə tutmayıblar, onu gərək 2012-ci ildə tutardılar. Bu gün o bədbəxt girovdur, özü də öz ağılsızlığının girovudur. Vəzifəsinə, day-dayısına arxalanıb monopoliya yaradıb başqasının haqqını yeyib, şərləyənlərin hamısının aqibəti belə olacaq.
Cinayət işinin materiallarında iddia olunur ki, Rasim Məmmədov “Azeri Steel 2009” şirkətini yaradıb, onun vasitəsilə “Baku Steel Company”ə ziyan vurub.

Yəni “Baku Steel Company”nin istehsal etdiyi armaturlar bu şirkətə daha ucuz qiymətə satılıb. Bu şirkət isə ucuz aldığı məhsulları daha baha qiymətə satıb.

Günay Təhməzova

Gununsesi.info