Nazim Bəydəmirlini həbsdə saxlayan hakimlər tətilə getdi

  • By ilhame
  • 10 İyun 2024 19:38

Nazim Bəydəmirlilin prosesi çox ləng gedir. 

Adi şahidlərin belə prosesdə iştirakını məhkəmə təmin edə bilmir”.

 

Gununsesi.info xəbər verir ki, bunu ekologiya məhbusu Nazim Bəydəmirlinin vəkili Aqil Layic deyib.

Vəkil daha sonra əlavə edib:

Nəticə olaraq hakimlər heyəti məzuniyyətə getdi. Bir ay daha müvəkkilim əsassız olaraq həbsdə qalacaq. 

Səhhətində problemləri nəzərə alaraq ev dustaqlığı vəsatətimizi təmin etmədilər. 

Nazim bəy qeyd edir ki, o, hər dəfə prosesə gələn zaman onun müdafiə üçün hazırladığı sənədləri Bakı İstintaq Təcridxanası tərəfindən müsadirə edilir. 

 

Gununsesi.info