
Hazırda həbsdə olan Gədəbəy rayonunun sabiq deputatı, iş adamı Nazim Bəydəmirlinin həbs müddəti artırılır.
Bu barədə Gununsesi.info-ya ekologiya məhbusunun həyat yoldaşı Fəridə Bayramova bildirib.
Onun sözlərinə görə, Nazim Bəydəmirlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin üçüncü dəfə artırılması üçün istintaq orqanı tərəfindən məhkəməyə təqdimat verilib:
“Halbuki ötən müddət ərzində heç bir istintaq hərəkəti aparılmayıb. Nazim Bəydəmirlinin həbsdə saxlanılması bizə də çatmır”.
Qeyd edək ki, Nazim Bəydəmirli Gədəbəyin Söyüdlü kəndində baş verən ictimai etirazlardan sonra həbs olunub. O, özünün şikayətçi olduğu iş üstündə saxlanılıb.
Şəbnəm
Gununsesi.info