Nazim Bəydəmirlinin həbs müddəti yenidən uzadıldı

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirli barəsində seçilmiş qətimkan tədbirinin uzadılması tələbi ilə məhkəməyə müraciət edilib.

 

Gununsesi.info-nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatını əsaslı hesab edib.

Qərara əsasən, N.Bəydəmirlinin həbsdə saxlama müddəti daha 1 ay uzadılıb.

Digər məlumata görə, iş üzrə ibtidai istintaq artıq yekunlaşmaq üzrədir.

Qeyd edək ki, keçmiş deputat ötən ilin iyulunda həbs edilib. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

 

Gununsesi.info