1 Saylı Bakı İstintaq Təcridxanası barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilən Gədəbəy rayonunun sabiq deputatı, iş adamı Nazim Bəydəmirliyə göndərilən geyimi və gigyenik vasitələri qəbul etmir.
Bu barədə Gununsesi.info-ya sabiq deputatın yaxınları bildirib.
Məsələ ilə bağlı Penitensiar Xidmətdən rəy almaq mümkün olmayıb.
Ədliyyə Nazirliyindən isə saytımıza bildirilib ki, Nazim Bəydəmirli karantin rejimində saxlanılır.
Günel
Gununsesi.info