Nazim İbrahimov forumda ÜAK-ın ləğvindən danışdı - "YUMUŞAQ HƏLL ETMƏK OLARDI”

  • By admin
  • 21 Avqust 2017 12:35

nazim_ibrahimov

Rusiyadakı Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) ətrafında yarananları sentyabra qədər gözləmək lazımdır. Bununla bağlı müvafiq işlər aparılır.

Gununsesi.info-nun xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

Onun sözlərinə görə, veriləcək qərarlardan sonra münasibət bildirmək olar.

Komitə sədri vurğulayıb ki, konqresin ləğvi heç də yaxşı hal deyil:

“Bu, Rusiyada yaşayan azərbaycanlılar arasında da yaxşı qarşılanmayıb. Bunu yumşaq yolla həll etmək olardı. İstək olduğu halda, çatışmazlıqları işgüzar şəraitdə həll etmək mümkündür.

Gununsesi.info