“Nazirə müraciət etdim ki, Naxçıvana əlavə təyyarələr üçün pul ayırsın” – Deputat

  • By admin
  • 12 İyun 2020 15:16

Deputat Fazil Mustafa bu gün parlamentin iclasında Naxçıvana gediş-gəlişlə bağlı problem qaldırıb.

Gununsesi.org xəbər verir ki, F. Mustafa çıxışında qeyd edib ki, hökumət ancaq online bilet almağa imkan tanıyıb: “Elə insan var ki, nə interneti var, nə də kartı. Bilet almaqda qeydiyyat məsələsi məhdudiyyəti də qoyulub. Nə qeydiyyatdır bu? Kimlər qalıbsa siyahıya alın göndərin, əlavə sıxıntı niyə yaradırsınız? Üstəlik bilet pulu da yoxdur. Maliyyə nazirinə müraciət etdim ki, təcili əlavə təyyarələr üçün pul ayrılmalıdır. Bilet pulu olmayan vətəndaşlar dövlət hesabına biletlə təmin olunmalıdır. Əgər vəsait yoxdursa, şəxsən mən öz maaşımdan 20 nəfərə bilet almağı öz öhdəmə götürürəm. Hesabı göstərin ora keçirim.

Gununsesi.org