Nazir Əfəndiyevi vəzifədən AZAD ETDİ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin baş direktorunun müavini vəzifəsindən azad edib.

Gununsesi.info “Qaynarinfo”ya istinadla xəbər verir ki, Rəşad Nəbiyevin müvafiq əmri ilə Əfəndiyev İlham Dursun oğlu baş direktorunun müavini vəzifəsindən azad olunub.

HTML tutorial

Onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, İlham Əfəndiyev bu vəzifədən əvvəl Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi vəzifəsində işləyirdi.

Gununsesi.info