Nazir: “Ərdoğan Putinlə G-2- sammitində görüşə hazırdır”

  • By admin
  • 01 İyul 2016 13:56

epa04510989 A handout picture provided by Turkish Presidential Press Office shows Russian President Vladimir Putin (L) and his Turkish counterpart Recep Tayyip Erdogan (R) chatting before a press conference in the new presidential palace in Ankara, Turkey, 01 December 2014. Putin and Erdogan began a meeting in Ankara to discuss their often opposing views on the crisis in Syria, the Islamic State threat and gas supplies to Turkey. Russia agreed to send more gas to Turkey and charge 6 per cent less for the energy, starting in January. Putin is on a one-day official visit to Turkey. EDITORIAL USE ONLY, NO SALES EPA/TURKISH PRESIDENTIAL PRESS OFFICE / HANDOUT

Ərdoğan Putinlə sentyabrda Çində keçiriləcək G-20-lərin sammitində görüşməyə hazırdır. Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Sergey Lavrovla görüşün yekunu barəsində açıqlama verərkən deyib.

Görüş barəsində məlumat verən M.Çavuşoğlu deyib ki, görüş çox konstruktiv keçdi: “Görüşdə biz iqtisadi, enerji, ticari məsələləri, həmçinin yüksək səviyyədə əlaqələrin qurulmasını müzakirə etdik”. Nazir onu da deyib ki, görüşdə regional məsələlər də müzakirə edilib.

 

Lavrovla Suriya məsələsini geniş müzakirə etdiyini deyən Çavuoğlu deyib ki, Türkiyənin Rusiya və İsraillə münasibətlərinin normallaşması regionun xeyrindədir. Suriyada siyasi qərarların qəbul olunması üçün biz birgə işləmliyik.

Türkiyənin terrorizmə qarşı aktiv mübarizə apardığını və buna görə də onun hədəfinə çevrildiyini deyən Çavuşoğlu deyib ki, ona görə də biz İŞİD-in bir başa hədəfinə çevrilirik: “Biz təkcə İŞİD-i deyil, eyni zamanda “Cebhet ən-Nusra”nı da terrorçu təşkilat sayırıq”.

Gununsesi.info