Nazir: Azərbaycanın hakim korpusu 75 faiz yenilənib

  • By admin
  • 05 Aprel 2022 11:58

Hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən şəffaf seçimi nəticəsində Azərbaycanın hakim korpusu 75 faiz yenilənib.

Gununsesi.info bildirir ki, bunu Ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planının təqdimat mərasimi zamanı deyib.

“Məhkəmə infrastrukturunun müasirləşdirilməsi və hi-tech məhkəmələrin yaradılması daim diqqətimizdə saxlanılaraq Dünya Bankının iştirakı ilə paytaxtda və bölgələrdə 35, o cümlədən təkcə ötən ildə 11 məhkəmə üçün yeni, müasir bina və komplekslər istifadəyə verilib, onlar “Elektron məhkəmə” sistemi ilə təchiz olunub.

Yeri gəlmişkən, Azərbaycanda tətbiq edilən elektron məhkəmə sistemi məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsində və şəffaflığın artırılmasında mühüm rol oynayır.
Bildirməliyəm ki, bu sahədə islahatlarımız beynəlxalq maraq doğuraraq təqdir edilib, Dünya Bankının müxtəlif nominasiyalarına, Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” mükafatına layiq bilinib”,- nazir deyib.

Gununsesi.info