Nazir : “Ankara-Bakı-Moskva” formatı Qarabağ münaqişəsinin həllinə töhfəsini verəcək”

  • By admin
  • 14 Avqust 2016 13:58

movlud

 

“Ankara-Bakı-Moskva üçtərəfli əməkdaşlıq formatı yaradılır və bu format Qarabağ münaqişəsinin həllinə töhfəsini verəcək”.

Gununsesi.info xəbər verir ki, bu fikri Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu “Anadolu”-ya açıqlamasında deyib. Onun sözlərinə görə, artıq bu məsələ Moskva ilə də razılaşdırılıb. “Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşündə belə bir üçtərəfli əməkdaşlıq formatının yaradılmasını təklif edib və Putin də həmən bu təklifə razılığını verib. Rəsmi Bakıda belə bir formatnın yaradlmasına əvvəlcədən razıdır”-deyə, nazir vurğulayıb. Türkiyəli nazir əlavə edib ki, Ankara-Bakı-Moskva üçtərəfli əməkdaşlıq formatının yaradılması Cənubi Qafqazda sülhün və sabitliyin yaranmasına da öz töhfəsini verə bilər. “Təəssüflər olsun ki, Cənubi Qafqazda Dağlıq Qarabağ kimi bir münaqişəsinin mövcudluğu bölgədə sabitliyə və təhlükəsilziyə təhdiddir. Hazırda Rusiya bu münaqişənin həlli ilə bağlı təşəbbüsü ələ alaraq problemin həllinə çalışır. Biz hazırda Rusiyanın münaqişənin həlli ilə bağlı təkliflərini araşdırırıq və bu təkliflər zamanında bizim təkliflərlə üst-üstə düşdüyünü görürük. Hansı ki, bu təkliflərin müəyyən qismini Ankara zamanında Ermənistana təklif edib”- deyə, nazir vurğulayıb. M. Çavuşoğlu onu da əlavə edib ki, rusiyalı və azərbaycanlı qardaşlarımız Ankaranın da Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verməsini istəyirlər: “Ankara Qarabağ münaqişəsinin nizamlanması istiqamətində əlindən gələn bütün vasitələrdən istifadə edərək, problemin həllinə çalışacaq”.

Mürtəza

Gununsesi.info