Nazir azad edilmiş ərazilərindəki torpaq islahatlarından danışdı

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində torpaq islahatları yekunlaşmaq üzrədir”.

 

Gununsesi.info xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

 

“Bu sahədə yekun qərar olduqdan sonra lazımi addımlar atılacaq”, – deyə nazir qeyd edib.

 

“Son bir neçə ildə həmin ərazilərdə dəmyə əkinləri olub və müsbət nəticəsini verir. İşğaldan azad olunmuş ərazilərin potensial əkin sahəsi 160 min hektara yaxındır. Zaman, iqlim və digər şərtlərə əsasən, nə qədər sahənin əkiləcəyi müəyyənləşdiriləcək. İslahat qərarları konsepsiyası müəyyən edildikdən sonra pay torpaqlarının verilməsinə başlanılacaq” – deyə M.Məmmədov əlavə edib.

 

 

Gununsesi.info