Nazir Baş İdarəyə rəis təyin etdi

  • By admin
  • 20 İyul 2023 12:22

Fövqəladə Hallar Nazirliyinin (FHN) Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş İdarəsinə yeni rəis təyin edilib.

Gununsesi.info Qaynarinfo.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Elçin İbrahimov Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş İdarəsi rəisinin birinci müavini vəzifəsindən azad olunub.

Kəmaləddin Heydərovun digər əmri ilə Elçin İbrahimov Baş İdarənin rəisi təyin edilib.

Gununsesi.info