Nazir Beyləqanda vətəndaşları qəbul edib

Nazir Beyləqanda vətəndaşları qəbul edib

heydar

Kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün Beyləqanda rayon Kənd Təsərrüfatı İdarəsinin yeni inzibati binasında Beyləqan, İmişli, Xocavənd və Füzuli rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə Gununsesi.info-ya kənd təsrrüfatı nazirliyi mətbuat xidmətindən məlumat verilib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30-dan çox vətəndaşın müraciətinə baxılıb. Qəbula gələn vətəndaşlar əsasən, kənd təsərrüfatı texnikası ilə təminat, ixtisasa uyğun işlə təmin olunma, dərman pereparatlarından istifadə, mübahisəli torpaq məsələləri və sairlə bağlı müraciətlər ediblər. Nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Gülnaz Qənbərli

COMMENTS