
Amerikanın Xarici İşlər Naziri Antoni Blinken İsrail və Fələstin liderləri ilə telefon danışığı edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazir Blinken Fələstinin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahu ilə ayrı-ayırılıqda dialoq edib.
Blinkenin telefon danışıqları ilə bağlı Amerikanın Xarici İşlər Nazirliyi (Dövlət Departamenti) açıqlama verib.
“Nazir Blinken Fələstin lideri Mahmud Abbasla danışığı zamanı Qərbi Şəriədə(İordan çayının Qərb sahili) yaşanan şiddətdən narahatlıq keçirdiklərini bildirib. Amerika Fələstin xalqının həyat keyfiyyəti ilə təhlükəsilzik və azadlıqlarını artıracaq addımları dəstəkləməyə davam edəcək”.
Abbas və Blinken ikidövlətli həllə olan dəstəklərini yeniləyib və bunu təhlükəyə atacaq davranışlara qarşı çıxdıqlarını bildiriblər.
Blinken-Netanyahu görüşündə isə Amerika İsrailin təhlükəsizliyinə olan sədaqətini vurğulayıb.
Blinken Amerikanın İsrail və Fələstin xalqının təhlükəsizlik və rifahını inkişaf etdirəcək politikalara davam edəcəyini dilə gətirib.
Ortaq maraqları ələ alan iki siyasətçi İsrailin regional inteqrasiyası və İranın təşkil etdiyi “təhdidlə” mübarizə mövzusunu müzakirə ediblər.
Tərcümə: Arzu