
Kanadanın xarici işlər naziri Xristya Friland mətbuata açıqlamasında Rusiyanın BMT Təhlükəsizlik Şurasının (TŞ) Suriyanın İdlib əyalətində kimyəvi hücumu pisləyən qətnamə layihəsini rədd etməsindən kədərləndiyini deyib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, X. Friland bildirib ki, bu Rusiyanın Suriya mövzusunda sayca 8-ci vetosudur: “BMT-dəki sistemsizlik suriyalıların ağrısını görməməzlikdən gəlir və Suriyadakı zülümkarların ictimaiyyət qarşısında hesab verməsini əngəlləyir. Hazırda BMT Təhlükəsizlik Şurasının15 üzvü qərarın lehinə səs verib. Buna görə biz Misir, İtaliya, Yaponiya, Seneqal, İsveç, Ukrayna, Uruqvay, Fransa, Böyük Britaniya və ABŞ-a minnətdarıq. Eyni zamanda Əsəd rejimini dəstəkləyən Rusiya və İranı kimyəvi silah istifadəçisinin addımlarını pisləməyə çağırırıq” -, deyə nazir bildirib.
Anar
Gununsesi.info