Nazir büdcəyə ediləcək dəyişikliyin səbəblərini açıqladı

“Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkə qarşısında duran vəzifələrin icrası üçün 2023-cü ilin dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti yaranıb”.

Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, əsas istiqamətləri Prezident İlham Əliyev öz çıxışında göstərib.

“İlk növbədə Böyük Qayıdış proqramı ilə əhatə olunan layihələrin maliyyələşdirilməsi proqramı sürətlə həyata keçirilməkdədir. Digər tərəfdən, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün də əlavə vəsaitə ehtiyac var. Bunun üçün də büdcəyə yenidən baxılması nəzərdə tutulub”, – deyə nazir əlavə edib.

 

Gununsesi.info