
Təmas xəttində gərginlik həmişə mövcuddur .
Gununsesi.info xəbər verir ki, bunu Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında söyləyib.
Nazir deyib ki, gərginliyin olmaması üçün gərək erməni qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərdən çıxsın. Münaqişənin həllində durğunluğun olmasından danışan nazir deyib ki, biz prezidentlərin Sankt Peterburqdə görüşündən sonra canlanma gözləyirdik, amma əfsuslar olsun ki, bu, baş vermədi.
Anjey Kaspşikin ofisin genişləndirilməsi barədə suala cavabında azərbaycanlı nazir deyib ki, Azərbaycan buna etiraz etmir: “Amma əvvəlcə məntiqli məsələlərlə məşğul olmalıyıq”.
Mürtəza
Gununsesi.info