
“Xəlifə Haftar çağırışları dinləmədi. Əksinə, təcavüzkarlığını artırdı. Məğlub olur, məğlub olmağa məhkumdur”.
Gununsesi.org APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Onun qələbə qazanması mümkün deyil. Siyasi proses üçün yaxşı fürsəti var idi, onu da itirdi. Belə bir adam Liviyanın idarəçiliyində yer almamalıdır”, – deyə Türkiyə XİN başçısı vurğulayıb.