Nazir dini tədrislə bağlı məsələyə aydınlıq gətirdi

  • By admin
  • 07 May 2019 17:30
“Azərbaycan təhsil standartları qanunvericiliyinə əsasən din fənnin tədrisi nəzərdə tutulmayıb”.
Gununsesi.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, şagirdlərin yaş kateqoriyalarına uyğun olaraq müxtəlif fənlərdə bu sahəyə aid bilgilərin verilməsi din tədrisi deyil.

“Müxtəlif dinlərə bağlı olaraq məlumatlar verilir. Dinlə bağlı bəzi məlumatlara həm tarix, həm də “Həyat bilgisi” fənnində rast gəlmək mümkündür. Azərbaycanda orta məktəblərdə dinin tədrisinə dair yeni fənnin tədrisi nəzərdə tutulmayıb”.