Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu erməni nümayəndə heyətini suduraraq onları yalan, iftira atmaqda ittiham etdi.
Beynəlxalq konfransda erməni deputat türkiyəni İŞİD-i Azərbaycanı dəstəkləməkdə, Suriya və İraqda anti-terror əməliyatı keçriməkdə ittiham edərək beynəlxalq aləm buna biganə mövqe sərgiləməkdə ittiham edib.
Gununsesi.info xəbər verir ki, erməni deputatın bu iftiralarına sərt təpki ilə cavab verən Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin tədbirdə iştirak edən heç bir ölkə ilə probleminin olmadığını, əksinə çox sıx münasibətlərinin olduğunu dilə gətirib. Çavuşoğlu Suriya, Krım və Ukrayna məsələsində Rusiya ilə fikir ayrılıqlarının olmasını desə də, iki ölkə arasında münasibətlərin də olduğunu qeyd edib.
Ermənistanı yalan, iftira siysətini yürütməkdə ittiham edən Çavuşoğlu bildirib ki, bir insan hansısa fikir səsləndirəndə onun həqiqət olub-olmadığına diqqət yetirməlidir. “Əgər o adam siyasətçidirsə, buna mütləq riayət etməlidir. Mən hələ AŞPA-da olarkən erməni nümayəndə heyətinin dürüst olmadığının şahidi oldum. Axı siz necə Türkiyəni İŞİD-i dəstəkləməkdə ittiham edə bilərsiniz ki, bu gün bu terrorçu təşkilata qarşı ən fəal mübarizə aparan məhz Türkiyədir. İndiyədək heç bir ölkə İŞİD terrorçusu məhv etməyib. Ona görə də İŞİD bu gün Türkiyəyə və onun hakimiyyətinə, içi mən daxil hamımıza nifrət edir. Səbəbi isə İŞİD-ə qarşı ən fəal mübarizə aparan Türkiyənin olmasıdır”- deyə, nazir vurğulayıb.
Erməni deputatın Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə gəldikdə isə Mövlud Çavuşoğlu bildirib ki, siz ermənilər özünüzü sülh mələyi hesab edirsiniz:
“İndi mən sizdən bir şey soruşmaq istəyirəm. Başda BMT, AŞ, ATƏT olmaqla bütün beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycann 20 fazi torpağını işal etdiyini və bu işğal etdiyi torpaqlardan çıxmağı tələb edən qərar və qətnamələr qəbul edib. Sual edirəm, bu torpaqları bizmi işğal etdik? Qarabağı mənmi işağl etdim? Təbii ki, Ermənistan işğal etdi. O zaman deyirəm ki, əgər özünüzü belə ədalətli və ya sülh carçısı hesab edirsinizsə, niyə beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarları yerinə yetirib işğal etdiyiniz torpaqlardan çıxmırsınız?
Türkiyə dəfələrlə Ermənistana müraciət etdi ki, o torpaqlardan çıxın, sərhədləri açaq. Siz isə bizi Azərbaycanı müdafiə etməkdə ittiham etdiniz. Biz də dedik ki, Azərbaycan bizim qardaş ölkəmizidr. Biz bir millət, iki dövlətik və Azərbaycan məsələsi bizim məsələmizdir.
Ədalətdən, düzgünlükdən danışırsınız. O zaman digər məsələni diqqətinizə çatdırım və necə yalan və iftira ilə məşğul olduğunuzu deyim. Bu günüə kimi soyqırımdan danışırısınız və onu hər zaman gündəmdə saxlayırsınız. Türkiyə prezidenti Ərdoğan hələ zamanında bununla bağlı Ermənistan rəhbəliyinə bir məktub yazaraq bu məsələni araşdırmaq üçün birgə komissiya yaratamağı təklif etdi. Təklif etdi ki,bu komissiyaya Türkiyə və erməni tarixçiləri, alimləri daxil olub məsələni araşdırsınlar. Arxivləri açmağı bəyan etdik. Hətta bu birgə komissiyaya Rusiyadan, İngiltərədən və başqa ölkələrdən olan tarixçi və alimlərin qatılmasını də dilə gətirdik. Həqiqətin ortaya çıxması üçün həmin ölkələrdəki arxivlərin açılmasını da təklif etdik. Dedik ki, birgə komissiya hansı qərara gəlsə, onu qəbul etməyə hazırıq. Siz nə dediniz? Təbi ki, yox! Siz yalanı tərciyə etdiniz. Çünki özünüzə inamınız yox idi. Siz də yaxşı bilirsiniz ki, bu siyasi yox, hüquqi müstəvidə aparılacaq bir məsələdir. Bununla bağlı məhkəmə qərarı olmalıdır. Lakin buna rəğmən biz birgə komissiya hansı qəraraı verərsə, həmin qərarı qəbul edəcəyimizi bəyan etdik. Buna varsınız. Yox! Bilirsən, niyə? Onun səbəbini siz də bilrisiniz.Ona görə də dürüst olmaq lazımdır. O baxımdan burada səsləndirdiyiniz bütün fikirləri qətiyyətlə rədd edirəm və bütün səslən fikirləri tipik erməni yalanı və iftirası hesab edirəm.
Son olaraq onu da deyim ki, PKK terrorçularını məhv edərkən onlar sırasında xeyli ermənilər də olub. Bax bunu da diqqətinizə çatdırmaq istəyirəm”- deyə, M.Çavuşoğlu bəyan edib.
Hazırladı: Mürtəza
Gununsesi.info