Nazir gənclər təşkilatlarının rəhbərləri ilə görüşdü

  • By admin
  • 26 Dekabr 2021 19:54

Gənclər və idman naziri Fərid Qayıbov milli-mənəvi dəyərlərin təbliği və vətənpərvərlik istiqamətləri üzrə fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, görüşdən öncə nazir Mərdəkan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzini ziyarət edib, burada yaradılmış şəraitlə tanış olub. Fərid Qayıbov həmçinin Xəzər Gənclər Evinin şəraiti və fəaliyyəti ilə də maraqlanıb.

Tədbirdə iştirak edən 13 gənclər təşkilatının nümayəndələri milli mənəvi dəyərlərin qorunması və təbliği, eləcə də gənclərin vətənpərvərliyi yönündə fəaliyyətləri, həmçinin öz problemləri barədə məlumat veriblər.

Təşkilat nümayəndələrinin hər birini dinləyən Fərid Qayıbov qeyd edilən sahələrdə aktivlik, gəncləri narahat edən məsələlərin həllində gənclər təşkilatlarının fəallığının artırılması, kreativ ideya və təkliflərin dəyərləndirilməsi ilə bağlı tövsiyələr verib.

Görüşdə nazir müavini İndira Hacıyeva və Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev də iştirak ediblər.

Gununsesi.info