Nazir: “Gülən Qırğızstanda çevriliş hazırlayır”

  • By admin
  • 25 İyul 2016 13:00

movlud

 

Fətullah Gülən tərəfdarları Qırğızstanda da hakimiyyət çevrilişi hazırlayır. Gununsesi.info xəbər verir ki, bunu “haberturk”ə açqlamasında Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu deyib: “Əldə etdiyimiz məlumatlalr görə, Fətullah Gülən tərəfdarları bir sıra ölkələrdə hakimiyyətin içərisində yüksək məqamlarda yerləşdirilməkdədir. Ancaq ən təhlükəli vəziyyət Qırğızstandadır. Artıq Fətullah Gülən tərəfdarları burada özlərinə yaxşı yer edə biliblər və hakimiyyətdə mövqelərini möhkəmlənidiriblər. Bununla bağlı Qırğızstan hökumətini məlumatlandırmışıq”-deyə M. Çavuşoğlu vurğulayıb.

O deyib ki, onlara da bununla bağlı lazımi addımların atılmasını bildirdik: “Əgər Qırğızstan vaxtında lazımi addımlar atmazlarsa, o zaman bu ölkə üçün Fətullah Gülən tərəfdarlarndan ciddi təhdidlər olacaq. Yəni Qırğızstandan bu qüvvənin dövlət çevrilişi edəcəyi istisna deyil”.

Gununsesi.info