Nazir icra başçısının oğlunu işdən çıxardı

  • By admin
  • 16 Noyabr 2020 13:13

Daxili işlər orqanlarında yeni təyinat olub.

Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin rəisi, polis mayoru Məhşur Hüseynov vəzifədən azad olunaraq Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi təyin olunub.

Xəzər RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Xəlil Səfərov isə işdən çıxarılaraq sərəncama götürülüb.

Qeyd edək ki, Xəlil Səfərov Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğludur.

Gununsesi.info