İraqın müdafiə naziri Xaled əl-Obeydi Əl-Fəllucədə İŞİD terror təşkilatının mövqelərini bombardman edən təyyarələr dəstəsinə rəhbərlik edib. Gununsesi.info xəbər verir ki, bu barədə hərbi qurumun saytında məlumat yayılıb.
Məlumata görə, Əl-Obeydi özü şəxsən F-16-nın sükanı arxasına keçib. Onu L-156 hücumçu təyyarəsi müşaiyyət edib.
Xatırladaq ki, İraq hərbçiləri mayın 30-dan etibarən Əl-Fəllucənin azadlığı üçün hücuma keçiblər. Şəhər Bağdadın 50 km-də yerləşir və terrorçuların əsas dayaqlarından biri hesab olunur. İraq hərbçilərini havadan HHQ və beynəlxalq antiterror koalisiyasının ölkələri dəstək verir. (Faktxeber.com)
https://www.youtube.com/watch?v=6IgS3TkSFr4