Nazir itkin düşmüş azərbaycanlılardan DANIŞDI

“Azərbaycan tərəfi Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarla bağlı zaman-zaman addımlar atıb”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku ilə birgə keçirdiyi brifinqdə deyib.

HTML tutorial

“Bu sahədə Ermənistan tərəfi ilə görülən işləri sıfır olaraq qiymətləndirmək olar. Azərbaycan Prezidenti dörd fevral tarixində yenidən bu məsələni qaldırdı. Ermənistan baş naziri bu sahədə əməkdaşlıqla bağlı vəd verdi. Bundan sonra isə Ermənistan Xarici İşlər Nazirliyi ağlasığmaz şəkildə açıqlama verdi. Bu isə heç bir beynəlxalq hüquqa, insanlığa sığmır. Təbii ki, bu məyusluqdan başqa bir şey deyil. Azərbaycan tərəfi məsələnin üzərinə gedəcək. Beynəlxalq ictimaiyyət qarşısında Ermənistan tərəfinə təzyiq olunacaq. Bu mövzuda təsirli addımlar davam etdiriləcək. Azərbaycan tərəfi necə davranmalı olduğunu müharibə zamanı, eyni zamanda müharibədən sonra da göstərir”,- deyə XİN başçısı vurğulayıb.

Gununsesi.info