Nazir jurnalistlərlə əkdiyi ağacların bəhrəsini gördü

  • By admin
  • 17 Oktyabr 2021 00:37

Bir neçə il əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ölkənin bir qrup media nümayəndəsinin Zığda əkdiyi zeytun ağacları öz bəhrəsini verib.

Gununsesi.info-nun xəbərinə görə, bununla bağlı adıçəkilən nazirliyin təşkilatçılığı ilə həmin əraziyə mediatur təşkil olunub.

Ölkənin ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin də qatıldığı aksiyada jurnalistlər zeytun dəriblər.

Qeyd edək ki, Zığda yerləşən bu bağ bir neçə il əvvəl zibillik ərazisi olub. Ancaq nazirliyin diqqəti nəticəsində hazırda bura böyük bir zeytunluq ərazisi kimi tanınmağa başlayıb.

Aksiya zamanı media nümayəndələri ilə səmimi söhbətlər edən nazir Muxtar Babayev ölkədəki ekeoloji duruma dair suallara da cavab verib.

Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimli də su qıtlığı və xüsusilə, ölkənin suvarma probleminə dair  suallarına nazirdən cavab istəyib.

Öz növbəsində nazir Muxtar Babayev problemin səbəbini və görülməli olan işlərə dair fikirlərini bölüşüb.

 

Gununsesi.info