Nazir manatın gələcək taleyindən danışdı

  • By admin
  • 02 Dekabr 2016 16:37
manat
Mərkəzi Bankın siyasəti  bazarda əlavə təzyiq yaratmamaqdır.
Gununsesi.info xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə (MM)  birgə komitələrin iclasında 2017-ci il büdcəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, indi hökumətin əsas  vəzifəsi  maliyyə bazarında  manatın məzənnəsi ilə əlavə təzyiq yaratmamaqdır.
“Maliyyə bazarında təzyiqin yaradılmaması  üçün əsas alət monetar siyasətdir və bu yolla  pul kütləsinin sıxışdırılmasıdır. Pul kütləsinin genişləndirilməsi bazarda təzyiqləri artırır. Hansı ki, bunu Mərkəzi Bank həyata keçirir”.
Nazir əlavə edib ki, ona görə də ilkin mərhələdə hökumət makroiqtisadi sabitliyi bərqərar etməklə, iqtisadi inkişafa nail olmaq istəyir:
“Bunun üçün də hökumət bir sıra tədbirlər planı hazırlayıb”.
Mürtəza
Gununsesi.info