Nazir müavini: “Su probleminin həlli üçün pul ayrılacaq”

Azərbaycanda su probleminin həlli üçün əlavə vəsait ayrılacaq.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Maliyyə nazirinin müavini Azər Bayramov parlamentin iclasında 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Prezidentin sərəncamı ilə su qıtlığının aradan qaldırılması üçün komissiya yaradılıb.

“Artıq komissiya öz təkliflərini verib və işlərə başlanılıb”, – deyə A.Bayramov əlavə edib.

Onun sözlərinə görə, bu məqsədlə “Azərsu” ASC-yə vəsait ayrılacaq.

Gununsesi.info