Nazir müavini: “Azərbaycanla Küveyt arasında dostluq münasibətləri bundan sonra da davam edəcək”

  • By admin
  • 22 Fevral 2023 20:20

“Azərbaycan və Küveyt – hər ikisi işğaldan əziyyət çəkib. Lakin tarixi ədalət bərpa olunaraq hər iki ölkə işğala son qoyub”.

Gununsesi.info xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Fariz Rzayev Küveytin Azərbaycandakı səfirliyin Küveytin Dövlət Müstəqilliyinin 62-ci və işğaldan azad edilməsinin 32-ci ildönümü münasibətilə keçirdiyi tədbirdə deyib.

O bildirib ki, Azərbaycanla Küveyt beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər.

“Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, ikitərəfli əlaqələr bundan sonra da yüksək səviyyədə davam edəcək”, – deyə o əlavə edib.

Gununsesi.info