Nazir müavini bu şəxslərə ÇAĞIRIŞ ETDİ: Onların məsuliyyəti sizin üzərinizdədir…

  • By admin
  • 22 Avqust 2021 22:33

“Digər ölkələrə baxanda peyvəndi inkar edən dövlətlərdən deyilik. Dırnaqarası ekspertlər, bəzi ictimai xadimlər sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində insanları peyvəndləşmədən kənarlaşdırmaqla məşğuldur. Üzümü həmin şəxslərə tutub deyirəm ki, reanimasiya şöbəsində dünyasına dəyişən həmin insanların məsuliyyəti sizin üzərinizdədir. Bu da cinayətdir”.

Gununsesi.info xəbər verir ki, bunları Səhiyyə nazirinin birinci müavini Teymur Musayev “Real TV”yə müsahibəsində deyib.

T.Musayev bildirib ki, hazırda 35 faiz əhali tam vaksinasiyadan keçib: “75 faizə çatmaqla yoluxmanın sürətinin qarşısını ala bilərik. Bu faktı da qeyd edim ki, hazırda xəstəxanalardakı pasiyentlərin 96%-i peyvənd olunmayanlardır. Reanimasiya şöbəsində olanların isə 98 faizi bu siyahıya aiddir”.

Gununsesi.info