Nazir müavini deputatlara çağırış etdi

  • By admin
  • 24 Aprel 2018 14:32

“Məşğulluq haqqında” qanun layihəsi məşğulluq sahəsində ən vacib qanundur. Bildiyiniz kimi məşğulluq siyasəti sosial siyasətimizin əsasını təşkil edir. Ölkə başçısı bütün müşavirələrdə bu məsələyə toxunur.

Bunu önə gətirən məsələlər var ki, bu da demoqrafik vəziyyədir. İnsan resurslarının inkişafı Azərbaycanda həyata keçirilən siyasətin tərkib hissəsidir. Layiqli iş yerlərinin yaradılması aktiv əmək bazarlarının yaradılması qarşıya qoyulan məqsəddir”.

Gununsesi.info-nun məlumatına görə, bunu Milli Məclisin bu gün keçriilən iclasında əmək və əhalinin sosial müdafiə nazirinin müavini İdris İsayev deyib. Nazir müavini bildirib ki, aktiv əmək bazarları ilə bağlı tədbirlər hərtərəfli şəkildə öz əksini tapıb.

“Bunlar əmək haqqının maliyyələşmə prinsipi ilə bağlı öhdəliklərdir. Əgər qanun qəbul olunarsa, dövlət hansı iş yerə göndərəcəksə onun əmək haqqının 50 faizini dövlət qarşılayacaq. Bu qanun layihəsinin əvvəlkindən əhəmiyyətli dərəcə fərqlidir. Əgər qanun qəbul olunarsa, iş axtaranların  təminatı və sosial məsələləri həll etmək imkanı əldə ediləcək. Deputatlara öz müsbət fikirlərini irəli sürməsini xahiş edirəm. Verilən təklifləri də növbəti müzakirələrdə nəzərə alınacaq”.

“Məşğulluq haqqında” qanun layihəsi səsə qoyularaq qəbul edilib.(modern.az)

Gununsesi.info