Nazir müavini növbəti qoruğun fəaliyyəti ilə yaxından tanış olub

  • By admin
  • 10 Avqust 2016 15:11

 

vaqif

 

Cari ilin 9 avqust tarixində mədəniyyət və turizm nazirinin birinci müavini cənab Vaqif Əliyev növbəti qoruğun fəaliyyəti ilə yaxından tanış olub.

Gununsesi.info Mədəniyyət və Turizm nazirliyinin saytına istinadən xəbər verir ki, Şabran rayonunda yerləşən “Çıraqqala” tarixi qoruğunu ziyarət edən nazirin birinci müavini qoruğun əməkdaşları ilə ğörüşüb, onların iş şəraiti ilə maraqlanmış, öz tövsiyyələrini verib.

Daha sonra, cənab Vaqif Əliyev ərazidə olan abidələrə, iİk öncə dəniz səviyyəsindən 1232 metr hündürlükdə yerləşən “Çıraqqala”ya baxış keçirib.

“Çıraqqala” – Gilgilçay müdafiə divarının ən yüksək nöqtəsi olaraq IV-VI əsrlərdə Böyük İpək Yolunun qorunması məqsədilə tikilib. Hündürlüyü təxminən 100-120 metr olan sıldırım qayanın üzərində ucalan baş qüllədən bir tərəfi Dəmirqapı Dərbənd bir tərəfi Beşbarmaq səddinəcən dəniz sahili boyu 100 kilometrlərlə ərazini nəzarətdə saxlamaq mümkün olub.

Çıraqqala 17 bürcdən ibarətdir. Qala əsasən yerli daşlardan və bişmiş kərpicdən inşa edilib. Divarların hündürlüyü təxminən 8-10 metr, qalınlığı isə 3-4 metrdir. Qalanın özünəməxsus zindan həbsxanası və özündən 182-200 metr aralı ərzaq saxlamaq üçün buzxana anbarı qalmaqdadır.

Dünya əhəmiyyətli memarlıq abidəsi kimi Dövlət qeydiyyatına ğötürülmüş Çıraqqala və Gilgilçay səddinin tarixi əhəmiyyətini nəzərə alaraq qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə “Çıraqqala” tarixi qoruğu 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılıb.

Nazirin birinci müavini ərazidə olaraq Cıraqqala abidəsinin bərpası və qoruq üçün inşa ediləcək inzibati binanın layihələrinə baxmış və təkliflər vermişdir.

Anar

Gununsesi.info