Nazir müavini: “Qarabağ münaqişəsinin həllində hər hansı tərəqqi yoxdur”

Nazir müavini: “Qarabağ münaqişəsinin həllində hər hansı tərəqqi yoxdur”

1460728519_kocariyan
“Qarabağ münaqişəsinin həllində hər hansı tərəqqi yoxdur”.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, bu fikri Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan avqustun 18-də jurnalistlərə deyib.
Onun sözlərinə görə, danışıqlarda Azərbaycan ancaq Vyana və Sankt-Peterburqdakı danışıqlarda  əldə edilən razılaşmaların həyata keçirilməsinə  çalışır. 
Danışıqlar prosesinə gəldikdə isə nazir müavini deyib ki, danışıqlar prosesində hər hansı irəliləyiş yoxdur, sadəcə, münaqişənin həlli ilə bağlı ortada təkliflər mövcuddur.
O, deyib ki, tərəqqi ancaq  münaqişənin həlli ilə bağlı konkret mexanizmlər işləyəcəyi zaman mümkün olacaq.
Gununsesi.info

COMMENTS