Nazir müavini Qusarda vətəndaşları qəbul edəcək

  • By Mina
  • 17 Aprel 2024 17:51

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova aprelin 23-də, saat 10.00-da Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Gununsesi.info-ya bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olan məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-887-77-65) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Gununsesi.info