Nazir müavininə daha bir vəzifə verildi - FOTO

  • By admin
  • 06 Mart 2017 09:22

sahib

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, vergilər nazirinin müavini Sahib Ələkbərov yeni vəzifədə çalışacaq.

Gununsesi.info-nun məlumatına görə, S.Ələkbərov Avropa Velosipedçilər İttifaqının (UEC) İcraiyyə Komitəsinə üzv seçilib.

Seçki UEC-in Belçikanın paytaxtı Brüsseldə keçirilmiş Baş Assambleyası çərçivəsində baş tutub. Azərbaycanlı funksionerdən başqa, danimarkalı Henrik Yens Yensen, almaniyalı Martin Volf, polşalı Aqata Lanq, rusiyalı Aleksandr Qusyatnikov və isveçrəli Rokko Kattaneo da bu komitədə yer alacaq. Son 3 şəxs həm də UEC-in vitse-prezidenti seçilib. Baş katib vəzifəsi italiyalı Enriko Della Kasaya həvalə olunub. Baş Assambleyada UEC prezidenti də seçilib. Fransalı David Lappartient yenidən bu vəzifədə çalışacaq.

Qeyd edək ki, bütün rəhbər şəxslər 2021-ci ilədək fəaliyyət göstərəcəklər.

1fdc2824-7ebe-4ae7-bb79-caf786752ece

Gununsesi.info