Nazir müavininə yeni vəzifə verilib

Ekologiya və təbii sərvətlər nazirinin keçmiş müavini Firdovsi Əliyevə yeni vəzifə verilib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, o, ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Əliyev bu ayın əvvəlində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə nazir müavini vəzifəsindən azad edilib. Onun yerinə Prezidentin digər sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva təyinat alıb.

 

Gununsesi.info