Nazir müavinindən toylara icazə verilməsi ilə bağlı AÇIQLAMA

  • By admin
  • 08 Avqust 2020 12:12

“Hazırda toyların keçirilməsi ilə bağlı məsələlər müzakirə olunmur”.

Gununsesi.info-nun məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf bildirib.

O qeyd edib ki, toyların keçirilməsi birinci və ikinci addımda mümkün deyil:

Toyda çoxlu sayda insan qapalı məkanlarda toplaşır. Bu qərar müəyyən dövrdən sonra veriləcək. Hər şey sosial-epidemioloji vəziyyətdən, qaydalara əməl edilməsindən asılı olacaq”.

Gununsesi.info