Nazir müavininin evi güllə yağışına tutuldu

  • By admin
  • 23 Oktyabr 2017 21:18

20170629-zap-pr2-004

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Moskvada Rusiya baş nazirinin müavini Dmitriy Roqozinin mənzili atəşə tutulub.

İnsidentin oktyabrın 14-də baş verdiyi bildirilir. Məlumata görə, naməlum şəxsin açdığı atəş mənzilin pəncərəsini sındırıb. Hadisə nəticəsində zərərçəkən olmayıb. Oktyabrın 19-da faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Gununsesi.info